Bu şəhərlər Rusiyanın dronları ilə kütləvi hücuma məruz qalıb

Tarix: 02:18 30.04.2025
Axşam saatlarında Xarkov və Dnepr şəhərləri Rusiya Ordusunun “Şahed” tipli kamikadze dronları ilə kütləvi hücumuna məruz qalıb.
"İnformator.az" "Unian"a istinadən xəbər verir ki, hadisə nəticəsində Xarkovda yaralıların sayı 30 nəfərə çatıb.
Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyası dron hücumlarından sonra şəhərdə bir neçə yanğının baş verdiyini, çoxsaylı fərdi yaşayış evlərinin zərər gördüyünü açıqlayıb.