İngiltərədən ABŞ-yə diqqətçəkən dəstək

Bölmə: Dünya › ,
Tarix: 10:28 30.04.2025

 

İngiltərə Müdafiə Nazirliyi ABŞ qüvvələri ilə birlikdə Yəməndəki Husi hədəflərinə qarşı birgə hava hücumu həyata keçirildiyini açıqlayıb. Açıqlamada hücumun Husilərin hərbi istehsal obyektlərini hədəfə aldığı və hədəflərin Paveway IV tipli dəqiq idarə olunan bombalarla vurulduğu qeyd olunub.

 

Nazirlikdən verilən açıqlamada, hücumun Husilərin hərbi istehsal obyektlərini hədəfə aldığı vurğulanaraq, “Səna şəhərinin təxminən 15 mil cənubunda Husilərin Qırmızı dəniz və Ədən körfəzindəki gəmilərə hücumlarda istifadə etdiyi növdən olan pilotsuz uçuş aparatlarının istehsal olunduğu bir bina kompleksi dəqiq kəşfiyyat təhlilindən sonra müəyyən edilib"  , -  ifadəsinə yer verilib.

 

Voyager tankerlərindən havada yanacaqla təmin edilən Typhoon FGR4 döyüş təyyarələrinin həmin hədəfləri Paveway IV tipli dəqiq idarə olunan bombalarla vurduğu bildirilən açıqlamada qeyd olunub ki, “Hədəflərin mülki şəxslərə və ya hərbi olmayan infrastruktura zərər vermə riskini minimuma endirmək üçün çox diqqətli planlama aparılıb. Əlavə tədbir olaraq, hücum bölgədə mülki şəxslərin olması ehtimalının daha az olduğu gecə saatlarında həyata keçirilib. Bütün təyyarələrimiz daha sonra təhlükəsiz şəkildə bazalarına qayıdıb".

 

Hücumun İngiltərə hökumətinin siyasətləri ilə uyğun olaraq, 2023-cü ilin noyabr ayından bəri Qırmızı dənizdə naviqasiya azadlığını təhdid edən, beynəlxalq gəmilərə hücum edən və günahsız dənizçilərin ölümünə səbəb olan Husilərin imkanlarını zəiflətmək məqsədi daşıdığı vurğulanıb.

 

Haberler.com

Aygün Babayeva