İspaniyadakı elektrik kəsintiləri nəticəsində 7 nəfər həyatını itirib

Tarix: 19:27 30.04.2025
İspaniyada həyatın iflic olmasına səbəb olan elektrik kəsintiləri ilə əlaqədar olaraq 7 nəfərin həyatını itirdiyi bildirilib.
Bazar ertəsi günü İspaniya və qonşu Portuqaliyada başverən elektrik kəsintisi səbəbilə hava, dəmir yolu nəqliyyatı dayanıb. Mobil rabitədə fasilələr yaranıb. ATM-lər və ödəniş sistemləri fəaliyyətini dayandırıb. Bu səbəbdən həyat tamamilə iflic olub. Fransada da qısa müddətli kəsinti yaşanıb.
İspaniyalı rəsmilər elektrik kəsintiləri ilə əlaqədar ölkədə 7 nəfərin həyatını itirdiyini açıqlayıblar. İspaniya Mülki Qvardiyasının verdiyi açıqlamada, Qalisiya bölgəsinin şimal-qərbində yerləşən Taboadela qəsəbəsində bir evdə 81 və 77 yaşlarında yaşlı bir cütlük, onların 56 yaşlı oğullarının meyitlərinin tapıldığı bildirilib. Rəsmilər, bu üç nəfərin evin çölünə yerləşdirilə generatorun buraxdığı tüstü səbəbilə karbon monoksid zəhərlənməsindən ola biləcəyini qeyd edib. Ölənlərdən birinin tənəffüs problemləri olduğunu əlavə ediblər.
Paytaxt Madriddəki Karabançel məhəlləsində isə bir binada baş verən yanğında 52 yaşlı bir şəxsin öldüyü, 13 nəfərin isə tüstüdən zəhərləndiyi bildirilib. Yanğının elektrik kəsintisi zamanı yandırılan şamdan qaynaqlanan ola biləcəyi qeyd olunub.
Digər tərəfdən, Qalisiyanın Ferrol şəhərində müxtəlif sağlamlıq problemləri olan 59 yaşlı bir kişinin, Betanzos şəhərində 80 yaşlı, Dumbriada isə 86 yaşlı bir şəxsin həyatını itirdiyi qeyd olunub.
Mənbə: Haber Global
Nuray Əliyeva