İran və ABŞ arasında danışıqlar Romada davam edəcək

Tarix: 21:37 30.04.2025
İran və ABŞ arasında aparılan danışıqlarla bağlı Tehran administrasiyasından açıqlama verilib. Tehran danışıqlar prosesinin mayın 3-də İtaliyanın paytaxtı Romada davam etdiriləcəyini açıqlayıb.
İranın xarici işlər naziri Abbas Araqçi paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib. Mayın 3-də Romada ABŞ ilə danışıqların dördüncü raundunun keçiriləcəyini bildirən Araqçi deyib:
"Danışıqların harada keçiriləcəyi vaxt itiriləcək əhəmiyyətli və əsas bir məsələ deyil. Danışıqların yerini ev sahibi Oman müəyyənləşdirir”.
Nüvə razılaşmasının Avropa tərəfləri olan İngiltərə, Fransa və Almaniyanın səhv siyasətləri ucbatından danışıqlardakı rolunun azaldığını söyləyən Araqçi dedi:
“Biz bu məsələnin beynəlxalq anlayışla həllində maraqlıyıq və buna görə də avropalılarla danışıqlarımızı davam etdiririk, lakin əsas müzakirə hazırda ABŞ ilədir".
Mənbə: a haber
Nərmin Həşimova