Ukrayna parlamenti ABŞ ilə mineral sazişini mayın 8-də səsverməyə çıxaracaq

Tarix: 19:17 02.05.2025
Çərşənbə günü Ukrayna və ABŞ arasında Vaşinqtona Ukraynanın təbii sərvətlərinin hasilatına sərmayə yatırmaq və ölkənin bərpası üçün maliyyə dəstəyi göstərmək imkanı verən yeni saziş imzalanıb. Razılaşma ABŞ prezidenti Donald Tramp tərəfindən ciddi şəkildə təşviq olunur və Ukraynanın əsas hərbi tərəfdaşı olan Ağ Ev ilə əlaqələri bərpa etmək cəhdlərinin mühüm hissəsini təşkil edir. Trampın yanvar ayında vəzifəyə gəlməsindən sonra ikitərəfli münasibətlərdə gərginlik yaranıb.
Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak Telegram sosial şəbəkəsində paylaşdığı məlumatda sazişin ratifikasiyası ilə bağlı səsvermənin 8 may tarixində keçiriləcəyini bildirib.
Jeleznyakın sözlərinə görə, Baş nazir Denıs Şmıhal parlamentə təqdim etdiyi sənədlərdən ikisinin sazişin icrasına dair texniki detalları əhatə etdiyini və onların ratifikasiya olunmasına ehtiyac olmadığını deyib.
Parlamentin rəsmi məlumat bazasına əsasən, Nazirlər Kabineti cümə axşamı axşam saatlarında ABŞ ilə faydalı qazıntılar sahəsində sazişin ratifikasiyasına dair qanun layihəsini qeydiyyata alıb.
Ukraynanın Baş nazirin birinci müavini Yuliya Svyrydenko cümə axşamı verdiyi açıqlamada bildirib ki, hökumət bu sazişi yaxın həftələrdə ratifikasiya etmək niyyətindədir. “Biz bu prosesi mümkün qədər tez tamamlamaq istəyirik”, – deyə o, onlayn brifinqdə vurğulayıb.
ANEWZ
Güllər Gülhüseynova