Qorlovkaya zərbə: Rusiyanın 8 FHN əməkdaşı yaralanıb

Bölmə: Siyasət › ,
Tarix: 21:26 02.05.2025

 

Donetskin Rusiyanın nəzarətində olan Qorlovka məntəqəsinə Ukrayna PUA-ları zərbələr endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

 

Məlumata görə, PUA hücumundan sonra ərazidəki yardımçı tikilidə yanğın olub, bundan sonra FHN-çilər yanğını söndürərkən yeni PUA hücumuna məruz qalıblar.

 

Hadisə nəticəsində 8 FHN əməkdaşı yaralanıb.