Kıbrıs: Halil Falyalı ilə bağlı iddialar və Ankaranın cavabı ilə bağlı nə məlumdur?

Bölmə: Siyasət › ,
Tarix: 22:41 02.05.2025

2022-ci ildə silahlı hücumda öldürülən kıbrıslı iş adamı Halil Falyalının bir vaxtlar maliyyə işlərini idarə etdiyi iddia edilən Cəmal Önal 1 May Cümə axşamı günü Hollandiyada təşkil edilən hücumda həyatını itirib.

 

Önal son həftələrdə adada qeyri-qanuni əlaqələrlə bağlı müxtəlif iddialar səsləndirib.


Önal Kıbrısın şimalında nəşr olunan "Bugün" Kıbrıs qəzetinin dərc etdiyi müsahibəsində Türkiyədən olan bəzi bürokrat və siyasətçilərin və onların bəzi qohumlarının Falyalı ilə yaxın münasibət qurduğunu iddia edib. Önal hazırda Türkiyədə yaşayan cinayət təşkilatına görə mühakimə olunan Falyalının sağ ikən müxtəlif şantaj kasetləri hazırladığını və Ankaradakı bəzi orqanların bu kasetləri əldə etmək üçün səy göstərdiyini iddia edib.


Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl də açıqlamasında iddialara yer verib.Türkiyə rəsmiləri bu iddiaları qəti şəkildə rədd edib.


Xarici İşlər Nazirliyi iddiaların “tamamilə həqiqətə uyğun olmadığını” bildirib.


Rəyasət Heyətinin Rabitə Müdirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) heç kimin adını çəkmədən bu xəbərə istinad edərək, insanları “əsassız iddialara diqqət yetirməməyə” çağırıb.


Keçmiş daxili işlər naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Süleyman Soylu da iddialara sərt reaksiya verdiyini açıqlayıb.


Önalın iddialarını, bu iddialara cavabları və Falyalının qurduğu iddia edilən qeyri-qanuni mərc oyunu ilə bağlı maraqları bir araya topladıq.

 

BBC NEWS
Səmayə Səftərova