Suriya-İsrail arasında münasibətlər düzəlcəkmi? -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:07 08.05.2025

“Suriya vəziyyəti sabitləşdirmək üçün İsraillə vasitəçilər vasitəsilə dialoq aparır”.


Bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa deyib.

 


Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Suriyadakı əsas problem İsrailin Suriya ilə bağlı narahatlıqlarıdır:

 

 

“Suriyanın mövcud hakimiyyəti Türkiyə dəstəyi ilə hakimiyyətə gəlib. Bu həm də Suriyada Türkiyənin nüfuzunun artması deməkdir. İsrailin metodları olduqca sərtdir. Xüsusilə ərəbləri dəstəkləmək , kürdlərlə bağlı separativ fəaliyyəti dəstəkləmək Suriyanın daxili işlərinə müdaxilədir. Bu da Türkiyənin maraqlarına uyğun deyil. Buna görə də hazırda gərginlik dəvam edir. Amma vasitəçilər istiqamətində aparılan danışıqlar effektiv ola bilər. Vasitəçi Azərbaycan olarsa, tərəflər arasında uzlaşma olacaq. Suriya və İsrailin Bakıya münasibətləri yaxşıdır. Buna görə də Rəsmi Bakıda bu məsələyə isti baxa bilər. Bizim hakimiyyətimizin İsrailə hansısa bir təsiri , təhdidi olmayacaq”.

 



Kəmalə Vəliyeva