Türkiyənin Kiprə münasibəti

Tarix: 21:47 08.05.2025
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kipr problemi yalnız adada iki suveren dövlətin yaradılması ilə həll edilə bilər. O, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin irəli sürdüyü iki dövlətli həll modelini dəstəklədiklərini vurğulayıb. Ərdoğana görə, Kipr türkləri gec-tez öz suverenliyini və beynəlxalq statusunu əldə edəcək. Türkiyə isə bu yolda hər zaman onların yanında olacaq və Şimali Kiprin təhlükəsizliyinin qarantı kimi qalacaq.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov "İnformator.az" a açıqlamasında bildirib ki, Kipr məsələsi Türkiyə üçün artıq uzun illərdir ki, həssas məsələdir:
"Əvvəl Türkiyənin mövqeyi belə idi ki, Türkiyə Kiprdə vahid federativ dövlətin olmasını dəstəkləyirdi. Hətta 1974-cü il hadisələrinə qədər belə dəstəkləyirdi. Artıq uzun illər ərzində burada bir həll yolu olmadığına görə, yəni BMT- nin vasitəçiliyi oldu, ABŞ-nin vasitəçiliyi oldu. Heç bir halda uzlaşma olmadığına görə,çünki niyə uzlaşma ona görə ki, yunanlar, yəni adadakı türk icmasına yetərli hüquqlar vermək istəmirdilər. Ona görə də bir uzlaşma olmadı. Artıq biz görürük ki, 90-cı illərdən etibarən Türkiyənin mövqeyində müəyyən dəyişikliklər olmağa başlandı. İki dövlət modeli irəli sürüldü və indi də Şimali Kiprin rəhbəri isə tatar bu modeli dəstəkləyir. O cümlədən də Türkiyənin rəhbəri Ərdoğan, məsələ burasındadır ki, 2000 hətta 2004-cü ildə anom planı təqdim olunanda belə o plana Şimali Kiprin türk icması müsbət cavab verdi. Yəni vahid dövlət vahid federativ dövlətin yaradılmasını nəzərdə tuturdu. Türklər ona hədd edilər, yunanlar yox idilər və həmin vaxt bir razılaşma var idi ki, əgər yunanlar yoxdusa nəticədə, Cənubi Kipr Avropa İttifaqına daxil olsa, o zaman Şimali Kiprə nə də münasibətlər qurulacaq və tanınacaq Şimali Kipr bilirsiniz 1983 -84-cü ildə BMT Təhlükəsi Şurasının qətnamələri 541, 500, 50 Şimali Kipri tanımamağa yalnız türkiyəçini tanıyıb, amma bununla belə Avropa Birliyi sözünə tam olaraq yerinə yetirmədi və Şimali Kiprin tanınması prosesi ləngidi və bu günə kimi də Şimali Kiprə qarşı bu beynəlxalq təcridçilik davam etməkdədir. İndi Türkiyə çalışır ki, bu təcridi yarsın. Amma sözsüz ki, müəyyən əngəllər var, bunu istəməyən qüvvələr var. Avropa İttifaqı daxilində, ilk növbədə bunu Fransa istəmir, Yunanıstan istəmir və bu, sözsüz ki, bu məsələdə Türkiyənin hər iki ölkə ilə münasibətlərinə təsir göstərəcək bir faktordur. O cümlədən də bəli, həm Fransa, həm də Yunanıstan Avropa İttifaqının müəyyən çəkisi olduğuna görə Türkiyə Avropa İttifaq münasibətlərinə təsir göstərir. Avropa İttifaqının Türkiyə ilə bağlı tələblərindən biri də odur ki, bu Şimali Kipr məsələsində iki dövlət modelini kənara olsun. Aydındır ki, Türkiyə və digər tərəfdən də bu, eyni zamanda bəzi mütəxəssislərə görə bu Mərkəzi Asiya Avropa İttifaqı sammiti imzalandı. Orada Mərkəzi Asiya dövlətləri Cənubi tipinin diplomatik münasibətlərə və səhiyyə səviyyəsində əlaqələr qurmağa razılaşdılar. Türkiyə Mərkəzi Asiya dövlətləri arasında müəyyən müzakirə və hətta mübahisə mövzusu ola bilər. Amma bu əlaqələri fundamental şəkildə zədələyəcək bir faktor olacağına da inanmıram".
Ayşən Səlimova