Tramp-Böyük Britaniya ilə razılığa gəldik

Tarix: 22:24 08.05.2025
ABŞ Prezidenti Tramp İngiltərə ilə gömrük razılaşması əldə etdiklərini açıqlayıb. Oval Ofisdə ABŞ və Böyük Britaniya arasında ticarət razılaşması ilə bağlı açıqlama verib.
Prezident dedi:
“Böyük Britaniya ilə əsaslı ticarət razılaşmasına nail olduğumuzu elan etməkdən məmnunam".
Böyük Britaniya ilə əldə olunan razılaşmanın onun administrasiyasının son dörd həftə ərzində müzakirə etdiyi bir sıra ticarət sazişləri arasında birinci olduğunu deyən Tramp, bu razılaşma ilə Böyük Britaniyanın ABŞ-yə qoşularaq “qarşılıqlılıq və ədalətin” beynəlxalq ticarətin əsas və həyati prinsipləri olduğunu təsdiqlədiyini bildirib.
Tramp:
“Müqavilə, Amerika ixracatının, xüsusən də kənd təsərrüfatı sahəsində bazara çıxışın artırılması, Amerika mal əti, etanol və bizim böyük fermerlərimiz vasitəsilə istehsal olunan faktiki olaraq hər bir məhsula çıxışı kəskin şəkildə artıran milyardlarla dolları əhatə edir”,-dedi.
Amerika mallarının gömrük proseslərinin də sürətləndiriləcəyini, beləliklə, ABŞ ixracatının çox sürətli bir təsdiq prosesindən keçəcəyini, bürokratiyanın olmayacağını və işlərin hər iki istiqamətdə çox sürətlə irəliləyəcəyini ifadə edən Tramp dedi:
"Birləşmiş Krallıq Amerika məhsullarına qarşı haqsız olaraq ayrı-seçkilik edən bir çox tarifsiz maneələri azaldacaq və ya aradan qaldıracaq".
Mənbə: CNN Türk
Əminə Əliyeva