ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir

Bölmə: Dünya › ,
Tarix: 23:57 09.05.2025

Vaşinqton Rusiya və Ukraynanın ABŞ prezidenti Donald Trampın 30 günlük atəşkəs təklifi ilə razılaşacağına ümid edir. 

 

 

“İnformator.az” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

 

 

 Onun sözlərinə görə, cümə axşamı Donald Tramp və Volodimir Zelenski arasında telefon danışığı zamanı ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəs mövzusu qaldırılıb. 

Livitt həmçinin təklifin Avropa ölkələri tərəfindən dəstəkləndiyini bildirib.