Rusiya prezidenti İrana səfər edəcək

Bölmə: Dünya › ,
Tarix: 16:34 12.05.2025

Rusiya Prezidenti Vladimir Putin İrana səfər edəcək.

 

“İnformator.az” xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani məlumat verib.

 

Hökumət sözçüsü bildirib ki, rəsmi Tehran Vladimir Putinin İrana səfərini gözləyir və bunun üçün hazırlıq görür.