İran Putinin səfərinə hazırlaşır

Tarix: 17:37 12.05.2025
İran Rusiya Prezidenti Vladimir Putinin Tehrana rəsmi səfərinə hazırlıqlara başlayıb.
“İnformator.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani açıqlayıb.
“Putinin Tehrana səfəri hazırda hazırlıq mərhələsindədir, lazımi tədbirlər görülür”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 18-də rusiyalı həmkarını ölkəsinə səfərə dəvət edib. İranın XİN rəhbəri Abbaq Araqçı bu səfərin cari il ərzində baş tutacağına ümid etdiyini bildirib. O, həmçinin İranın səfərin tarixinin müəyyən edilməsini gözlədiyini söyləyib.