"Milan"ın futbolçusu İngiltərə klubuna keçə bilər

Tarix: 17:38 12.05.2025
İtaliyanın "Milan" klubunun futbolçusu Ticani Reynders karyerasını İngiltərədə davam etdirə bilər.
"İnformator.az" "The Telegraph"a istinadən xəbər verir ki, "Mançester Siti" 26 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
"Şəhərlilər" niderlandlı oyunçu üçün 70 milyon avro ödəməyə hazırdır. Reynders özü də yeni çağırış axtarışındadır. Çünki İtaliya klubu növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak etməyəcək, avrokuboklardan, ümumiyyətlə, kənarda qala bilər.
Qeyd edək ki, Ticani Reynders 2023-cü ildən "Milan"ın formasını geyinir. O, cari mövsüm bu komandada 51 matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.