Milli təhlükəsizliyimiz üçün böyük əhəmiyyət daşıyır

Tarix: 14:31 12.06.2025
İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani bildirib ki, Suriyanın sabitliyi İraqın milli təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir.
İraq Baş Nazirliyinin Mətbuat Xidmətinin yaydığı yazılı açıqlamaya görə, Sudani Suriyanın paytaxtı Dəməşqdən gələn Şeyx Ədhəm əl-Xatibin rəhbərlik etdiyi Suriya Şiə İslam Alimləri heyətini Bağdadda qəbul edib.
Sudani, Suriyada barış və birlikdə dinc yaşamaq mədəniyyətini yaymağa yönəlmiş səyləri dəstəklədiklərini vurğulayıb və sosial sülhün, sabitliyin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.
Sudani deyib: “Suriyanın sabitliyi İraqın milli təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Bütün suriyalıların vətəndaşlıq prinsipi əsasında dövlətin qurulmasına töhfə verməsini vacib hesab edirik. Suriya ərazi bütövlüyünə və suverenliyinə hər cür müdaxilə rədd edilməlidir”.
Mənbə: A HABER
Solmaz Muradova