Klassik maşınlar niyə hələ də sevilir?-Retro ruhu

Tarix: 20:41 13.06.2025
Klassik avtomobillər, avtomobil sənayesinin formalaşma dövrünü təmsil edən mühüm mədəni və texnoloji simvollardır. Onlar yalnız dizayn və texniki xüsusiyyətləri ilə deyil, həm də bir dövrün estetik dəyərlərini və mühəndislik yanaşmalarını əks etdirməklə seçilirlər.
Müasir texnologiyaların üstünlüklərinə baxmayaraq, klassik avtomobillərə olan maraq azalmır — əksinə, bu maşınlar zaman keçdikcə daha çox qiymət və rəmzi dəyər qazanır. Retro avtomobillərin bu qədər sevilməsi, əslində, onların tarixi miras kimi qəbul edilməsinin və insanla obyekt arasında formalaşan emosional bağın göstəricisidir.
Mövzu ilə bağlı açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev "İnformator.az”a bildirib ki, klassik avtomobillərə maraq ümumiyyətlə bütün dünyada maraq artır və klassik avtomobillər dəyərini günü gündən artırır:
“Ölkəmizdə də klassik avtomobilləri əvvəllər də maraq çox idi. Müxtəlif fərdi şəxslərin kolleksiyasında bir iki, üç belə avtomobillər olurdu və onlar bu cür avtomobilləri xüsusi zavod detalları ilə yeni kənar detallar olmadan avtomobili yeni görkəmə gətirirdilər və bu avtomobilləri istərik gündəlik sürmədə istər digər belə tədbirlər üçün təqdim ediblər.
Amma son illər Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobillərlə bağlı keçirdiyi tədbirlər bu kimi tədbirlərdən sonra ölkəmizdə son illər son 10 ildə mən deyərdim ki, klassik avtomobil həddindən artıq çoxalıb və bu gün müəyyən insanlar var ki, onların kolleksiyalarında yetərincə klassik avtomobillər var.
Eyyub Əliyev qeyd edib ki, istər sovet istehsalı, istərsə də Avropa, ümumilikdə isə dünya avtomobil sənayesinə məxsus müxtəlif avtomobil markaları var və bu avtomobillərin dəyəri günbəgün artır:
“Düzdür, bu avtomobillərdə biz qeyd edirik ki, texnoloji üstünlüklər yoxdur. Amma bu avtomobillər hamısı gündəlik sürülmək üçün nəzərdə tutulmur. Sözsüz ki, bu klassik avtomobil sahiblərinin bir 10-15%-i bunu istifadə edirlər həyatlarında. amma əksər avtomobillər dayanacaqlarda qalır.
Xüsusi tədbirlərdə, sərgilərdə özəl günlərdə bu avtomobillərdən istifadə olunur və artıq sevindirici haldır ki, ölkəmizdə avtomobili olan hər bir şəxs artıq əlavə hobbi olaraq bir avtomobil köhnə bir avtomobil isə istər Avropa istehsalı, ümumiyyətlə onun avtomobilə yığmağa çalışır, maraq göstərir. Bu da avtomobil mədəniyyətinin ölkəmizdə formalaşmasıdır sevindirici bir haldır”.
Xəlilli Nigar