Rusiya Zelenskini artıq legitim lider hesab etmir?

Bölmə: Siyasət › ,
Tarix: 19:29 19.06.2025

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb.

Putin bu haqda jurnalistlərə açıqlamasında bildirib.

“Mən Zelenski ilə görüşməyə hazıram. Amma orada oturub nəyisə sonsuza kimi bölüşməyə yox, buna son qoymağa hazıram”, - deyə Rusiya lideri deyib.

O əlavə edib ki, məsələ Ukrayna liderinin legitimliyindədir, sənədlər qanuni hakimiyyət ilə imzalanmalıdır.

 

Mövzu ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, Putin artıq demək istədiyini orada deyib:

 

“Konkret legitim hakimiyyətlə danışacaq. Yəni, görünür Rusiya tərəfi Zelenskini legitim hakimiyyət hesab etmir. Onun hakimiyyət vaxtı bitib və yeni seçki olmalıdır. Hakimiyyət yenilənməlidir. Putin bunu demək istəyir. Buradan artıq aydın olur ki, Rusiyanın Ukrayna ilə danışacağı heç nə yoxdur. Putin bunu göstərib. Danışmaqdan da açıq şəkildə imtina edib. Son nəticədə danışıqlar olmalıdır. Tərəflərdə itkilər artdıqca daxili təzyiqlər çoxalır. Məcbur şəkildə bu danışığa getməlidirlər”.

 

Nuray Əliyeva