İsrail Qəzzada vəhşiliklərini davam etdirmək üçün hər gün dəhşətli qırğınlar törədir - HƏMAS

Bölmə: Dünya › ,
Tarix: 19:34 20.06.2025

HƏMAS bəyan edib ki, İsrail ordusu Qəzza zolağında vəhşiliyin artmaqda davam etməsini təmin etmək üçün hər gün dəhşətli qırğınlar törədir.

 

HƏMAS-ın bəyanatında,İsrail ordusunun hər gün törətdikləri qırğınlara yeni bir qırğın əlavə etdiyi və humanitar yardım gözləyən mülki vətəndaşların da daxil olduğu ən azı 40 nəfəri öldürdüyü bildirilib.

 

"İsrail ordusu Qəzzada vəhşiliyin davam etməsini və miqdarını artırmasını təmin etmək üçün qanlı sistematik siyasətinin bir hissəsi olaraq hər gün mülki insanları hədəf almağa davam edir" bildirilən açıqlamada qadın və uşaqların öldürülməsinin "dəyişməz gündəlik hədəfə" çevrildiyi vurğulanıb.

 

Mənbə: TRT Haber
Zəhra Möhübbətova