Kolumbiya Universitetinin tələbəsi Mahmud Xəlil azadlığa buraxılır

Bölmə: Dünya › ,
Tarix: 00:01 21.06.2025

Federal hakim Kolumbiya Universitetinin tələbəsi Mahmud Xəlilin girov qarşılığında azadlığa buraxılmasına qərar verib. Xəlil ABŞ-də Fələstin tərəfdarı etirazlarda fəallığı ilə tanınmışdı və 3 aydan çoxdur Luiziana ştatında saxlanılıb. Onun həbsi Tramp administrasiyasının əcnəbi tələbələrə qarşı sərt yanaşmasının simvoluna çevrilib.

Hakim Farbiarz bildirib ki, Xəlil nə qaçış riski daşıyır, nə də ictimaiyyət üçün təhlükə yaradır. Hökumət onun barəsində konkret cinayət ittihamı irəli sürməyib, lakin Dövlət katibi Marko Rubio onun ABŞ-də qalmasının “xarici siyasətə mənfi təsir” göstərə biləcəyini iddia edib.

Məhkəmə bu arqumentləri konstitusiyaya zidd hesab edərək, Xəlilin tezliklə azad ediləcəyini bəyan edib.

 

Mənbə: BBC
Türkan Kərimli