Tarixi An: Azərbaycanda İlk UFC Turniri

Bölmə: İdman › ,
Tarix: 22:05 23.06.2025

 

İyunun 21-də Bakı Kristal Zalında Azərbaycan idman tarixində ilk dəfə UFC turniri təşkil olunub. Yarışda müxtəlif çəki dərəcələrində 24 idmançı gücünü sınayıb, 12 qalib müəyyənləşib. Gərgin və həyəcanla dolu döyüşlərə səhnə olan turniri izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev də yer alıblar. Bu mötəbər idman tədbiri həm Azərbaycan, həm də beynəlxalq idman ictimaiyyəti üçün yaddaqalan anlarla zəngin olub.

 

Mövzu ilə bağlı jurnalist Vüqar İmanov "İnformator.az"a açıqlamasında bildirib ki, həqiqətən də qürur hissi keçirib:

 

"Belə böyük bir turnirin keçirilməsi və mənim bunun canlı şahidi olmağım mənim üçün qürur verici idi.İllərdir televizorda həsrətlə baxdığım o turnirə , nəhayət , Bakıda da onu bilavasitə gördüm.

Bu tədbir Bakıda ilk dəfə keçirilib.Bu dünya səviyyəsində olan möhtəşəm bir təşkilatın bir turniridir və həqiqətən də, Azərbaycanda keçirilməsi böyük bir qürurdur. Bu Azərbaycana çox mənada təsir edəcək.İlk növbədə təbliğat nöqteyi-nəzərdən, Azərbaycanın həm tarixini , həm mədəniyyətini,həm idmanını,həm dəyərlərini,həm milli irsini dünyaya tanıtması kimi təsirləri olacaq.Çünki buraya gələn idmançılar üçün müxtəlif mədəniyyət proqramları tərtib olunmuşdur.Demək olar ki, hamısı Azərbaycan ilk dəfə gəlirdilər. Hamısı öz müsahibələrində Azərbaycana qarşı olan heyranlıqlarını açıq şəkildə bildiriblər.Bizim qonaqpərvərliyimizi, milli mətbəximizi, milli irsimizi , müxtəlif abidələrimizi və s. bəyəndiklərini söyləyiblər.Digər tərəfdən bu turnir turistlərin ölkəyə cəlb olunması üçün böyük bir töhfədir.Çünki Baku Kristal Zalda mən də var idim və zalın necə dolu olduğuna şahid oldum.Onların çox hissəsi isə xaricilər idi,onlar öz bayraqları ilə gəlib öz idmançılarına azerkeşlik edirdilər. Yəni ,həqiqətən də , turnir çox möhtəşəm təşkil olunmuşdur.Həmçinin, jurnalistlərin rahat işləməsi və informasiyalarını göndərmələri üçün hər bir şey təmin olunmuş idi.Belə bir turnirlər,sözün həqiqi mənasında , Azərbaycana lazımdır. UFC-ə bütün dünyada baxılır.Çox-çox milyonluq auditoriyası var və telekanallarda , müxtəlif saytlarda , resurslarda , informasiya agentliklərində-hər yerdə Azərbaycanın və Bakının adı gedir. Digər bir qürurlandırıcı məqam ondan ibarətdir ki,bu turnirdə 3 nəfər Azərbaycanlı idmançı ölkəmizi təmsil edib və çox sevindiricidir ki, 2 nəfər Rafael Fiziev və Nazim Sadykhov qələbə qazanıb.Tofiq Musayev uduzmağına baxmayaraq , onun 3 dənə də kontrakt döyüşü var.Gələcəkdə,təbii ki,Tofiq Musayevə böyük bir dəstək olaraq uğurlar arzu edirik".

 

Vüqar İmanov tədbirin Bakıda keçirilməsinin Azərbaycana olan təsirlərindən də söz açıb:

 

"Beynəlxalq arenalar mövqeyində bu ,həqiqətən də, böyük bir töhfədir və növbəti dəfə göstərdi ki, Azərbaycan böyük turnirlərdə, böyük idman yarışlarında iştirak etməyə layiqdir.Bundan öncə Formula , Futbol üzrə Avropa Final turniri, müxtəlif sahələrdə keçirilən beynəlxalq yarışlar -Dünya və Avropa Çempionatları Azərbaycanda yüksək səviyyədə keçirilir və UFC-nin keçirilməsi də bir daha bunun bariz nümanəsi oldu.

 

Bu idman növünə baxaraq, MMA Azərbaycandaki inkişafına ,təbii ki, öz töhfəsini verəcək.Cavanlar bu idman növü ilə daha da fəal məşğul olacaq".

 

Nəzrin Məmmədova