Dries Mertens futbolu tərk edib

Bölmə: İdman › ,
Tarix: 18:19 23.06.2025

“Galatasaray” ilə müqaviləsi başa çatan Dries Mertens, aktiv futbolçu karyerasını bitirdiyini açıqlayıb.

 

 Mertens, keçmiş komanda yoldaşı Marek Hamsik-in vida oyununda son dəfə meydana çıxacaq.

 

2022-ci ilin yayında “Galatasaray”a qoşulan belçikalı oyunçu, "sarı-qırmızı" komandanda ardıcıl üç mövsüm çempionluq sevincini yaşayıb.

 

“Galatasaray” ilə 134 oyuna çıxan Mertens, 25 dəfə qol vurub, 36 qol ötürməsi edib.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə