Hindistan və Rusiya arasında S-400 müzakirəsi

Bölmə: Dünya › ,
Tarix: 10:29 27.06.2025

Hindistan və Rusiya S-400 sistemlərinin tədarükünü və Su-30 MKI təyyarələrinin modernizasiyasını müzakirə edib.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, məlumatı Hindistan Müdafiə Nazirliyi yayıb.

 

Çində Hindistan və Rusiya müdafiə nazirləri Racnatxa Sinqx və Andrey Belousov arasında keçirilən görüş zamanı iki ölkə arasında müdafiə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.

 

Qeyd olunub ki, görüşdə əsas diqqət S-400 zenit-raket komplekslərinin tədarükü, Su-30 MKI qırıcılarının modernizasiyası və kritik əhəmiyyətə malik hərbi texnikanın qısa müddət ərzində alınmasına yönəlib.

 

Nazirlik qeyd edib ki, bu görüş son zamanlar iki ölkənin müdafiə nazirləri arasında keçirilən ən əhəmiyyətli danışıqlardan biri olub. Görüş Hindistanın “Sindur” əməliyyatı fonunda baş tutub və ölkənin müdafiə sənayesinin gücləndirilməsi, xüsusilə hava hücumundan müdafiə, hava-hava raketləri, müasir texnologiyalar və aviasiya platformalarının yenilənməsi sahəsində ehtiyaclarını ön plana çıxarıb.

 

Tərəflər həmçinin ikitərəfli müdafiə əməkdaşlığının sürətləndirilməsi və mövcud layihələrin vaxtında icrasına dair razılığa gəliblər.