Adenoidin əlamətləri nələrdir?

Bölmə: Maraqlı › ,
Tarix: 15:33 27.06.2025

Adenoidlər bir çox allergik reaksiyalar, xüsusən də mövsümi dəyişikliklər nəticəsində əmələ gəlir. Adenoid formalaşması tənəffüs yollarının tıxanması deməkdir. Xüsusilə, burunda ağırlıq hissi və nəfəs almaqda çətinlik adenoid ilə əlaqədardır.

 

Adenoidlər əsasən tənəffüs yollarına daxil olan zərərli bakteriyalardan əmələ gəlir. Limfa düyünlərinin şişməsi nəticəsində əmələ gələn bu ət burun tutulması və tənəffüs çətinliyinin əsas səbəblərindən biridir.


Bu xəstəliyin simptomlarına daxildir: burun tıxanıqlığı, burun axması, qulaqda şiş və ağrı hissi, eşitmə itkisi, qulaq və burunda iltihab, boğaz ağrısı və sairə.

 

Mənbə: CNN Türk
Zəhra Möhübbətova