KİV: Xamenei 25 gündür bunkerdədir

Tarix: 19:40 05.07.2025
İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei artıq 25 gündür ki, ictimaiyyət qarşısına çıxmır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Nəşr vurğulayır ki, bu müddət ərzində Xamenei iki dəfə videoformatda xalqa müraciət edib, lakin hər iki video sığınacaqda çəkilib. Məlumata görə, o, iyunun 13-də İsrailin hücumları başladıqdan sonra təhlükəsizlik səbəbindən bunkerdə gizlənib.