Azərbaycanlı müğənni ABŞ sərhədini keçərkən öldürülüb

Tarix: 19:44 05.07.2025
Azərbaycanlı müğənni Albina Pyakşeva qətlə yetirilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumat verib.
“Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”, – paylaşımda qeyd olunub.