Suriya sərhədini keçməyə başlayıblar

Tarix: 13:05 17.07.2025
İsrailin Baş naziri Netanyahunun “Suriya sərhədini keçməyin. Öldürülə və ya əsir alına bilərsiniz” çağırışına baxmayaraq, yüzlərlə druz Suriya ərazisinə daxil olmağa başlayıb. Həmin anlar mobil telefon kamerasına düşüb.
Digər tərəfdən, druzlara müraciət edən Netanyahu belə deyib: “Sizdən bir ricam var. Siz İsrail vətəndaşısınız. Sərhədi keçməyin. Öldürülə və ya əsir alına bilərsiniz".
Druzların sərhədi keçməklə həyatlarını təhlükəyə atdıqlarını deyən Netanyahu, “Evlərinizə qayıdın, İsrail ordusunun hərəkətə keçməsinə imkan verin”, – sözləri ilə hücum siqnalı verib.
Haberler.com
Aygün Babayeva