Bu 4 klub AFFA-ya müraciət edib-Üçü bölgəni təmsil edir

Tarix: 22:46 17.07.2025
Azərbaycan II Liqasında iştirak etmək üçün daha dörd klub AFFA-ya rəsmi müraciət ünvanlayıb.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, “Göyəzən”, “Naftalan”, “Rekord klub” və “Xudat Siti” adlı klublar 2025/26 mövsümündə II Liqada çıxış etmək niyyətlərini AFFA-ya rəsmi formada bildiriblər .
Müraciət məktubları artıq AFFA-ya təqdim olunub və qurumun yaxın günlərdə bu müraciətlərlə bağlı rəsmi qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, klubların II Liqada iştirak edə bilmələri üçün AFFA-nın müəyyən etdiyi infrastruktur, maliyyə və təşkilati meyarlara cavab vermələri vacibdir.