“Beşiktaş”ın 15 milyonu transfer üçün bəs etməyib

Tarix: 22:48 17.07.2025
"Beşiktaş” isveçli hücumçu Brel Embolonu heyətinə qatmaq niyyətindədir.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, İstanbul klubu bu transfer üçün 15 milyon avro təzminat ödəməyə hazırdır. Ancaq oyunçunun “Beşiktaş”a keçidi baş tutmayacaq.
Buna səbəb Embolonun Türkiyədə oynamağa müsbət yanaşmamasıdır.
28 yaşlı forvard ilə “Milan” da yaxından maraqlanır.