Paşinyanın altıncı dəvəti: Ermənistan-Fransa münasibətlərində yeni səviyyə

Bölmə: Dünya › ,
Tarix: 22:43 17.07.2025

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib. Bu, son üç ildə altıncı dəvətdir. 

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az" a açıqlamasında bildirib ki, Fransa və Ermənistan arasındakı əlaqələr əsasən, Ermənistan müstəqillik qazandıqdan sonra daha aktual olub və genişlənib:

 

"Ermənistanda Sovet hakimiyyəti artıq dağıldıqdan sonra, Ermənistan müstəqillik qazandıqdan sonra faktiki olaraq onun ən yaxın mütəffiqlərindən biri Fransa olub və Fransa Ermənistanın həm iqtisadi, həm hərbi cəhətdən inkişafına çox böyük tövhələr verməyə başlayıb. Yəni, Fransada hakimiyyətdə kimin olmasına aslı olmayaraq, rəsmi Paris Ermənistana əlindən gələn köməyi göstərib. Artıq Fransada Emmanuel Makron hakimiyyətə gəldikdən sonra Fransanın Ermənistana olan dəstək daha da artdı. Yəni, hazırda faktiki olaraq Fransa Ermənistanın regiondakı , daha doğrusu dünyadakı ən əsas müttəfqidir. Yəni, faktiki şəkildə yaxınlaşma var. İkinci bir dövlət yoxdur ki, hazırda Ermənistana Fransa qədər yaxın olsun. İki ölkənin ərazisində birinci növbədə hərbi sahədə geniş əməkdaşlıq var. Məlum olduğu kimi, Fransa kültəvi şəkildə Ermənistana silah daşıyır. İkinci növbədə diplomatik müstəbidə Fransa Ermənistana çox güclü şəkildə dəstək verir. İstər 44 günlük müharibə olsun, istər ondan əvvəlki dövrdə, istərsə sonraki dövrdə, Fransanın Ermənistana verdiyi beynəlxalq diplomatik dəstək Ermənistan üçün çox mühüm rol oynayıb. Üçüncüsü, Ermənistan iqtisadiyyatına Fransız iş adamları vasitəsilə çox böyük sərmayələr yatarırlar. Yəni, bu da Ermənistan iqtisadiyyatına mühüm tövhələr verir. Hazırda Nikol Paşinyanın Rusiya ilə münasibətləri yaxşı deyil. Yəni, Rusiya məlum olduğu kimi, Paşinyanı devirməyə çalışır. Amerika Birləşmiş Ştatlarında Donald Tramp hakimiyyətə gəldikdən sonra Paşinyan Amerikadan istədiyi dəstəyi ala bilmir. Buna görə də Nikol Paşinyan maksimum dərəcədə çalışır ki, Fransayla yaxşı olan münasibətləri daha da yaxşılaşdırırsın və bu müttəfəqlik münasibətlərini daha yüksək, üst səviyyəyə çıxarsın. Fransa və Ermənistan arasındakı əlaqələr daha da inkişaf edəcək və Ermənistan bunda istəklidir. Fransada buna yox demir, çünki Ermənistan vasitəsilə Cənubu Qafqazda öz təsirini qoruyub saxlamağa çalışır".

 

Ayşən Səlimova