Fransa məhkəməsi şərti azadlığa buraxılmasına qərar verib

Tarix: 21:13 17.07.2025
Fransa məhkəməsi 1982-ci ildə Parisdə ABŞ və İsrail diplomatlarının qətlində iştiraka görə ömürlük həbslə cəzalandırılan və 1984-cü ildən bəri Fransada həbsdə olan livanlı solçu Georges İbrahim Abdallahın azadlığa buraxılmasına qərar verib. Qərara əsasən, o, gələn cümə Fransanı tərk etməli və bir daha geri dönməməlidir.
Abdallah özünü siyasi məhbus hesab edir və Fələstin mübarizəsinə dəstəyini davam etdirir. Onun vəkili Jean-Louis Chalanset bu qərarı "həm hüquqi qələbə, həm də siyasi qalmaqal" kimi qiymətləndirib və ABŞ-nin bu azadlığa qarşı lobbilik etdiyini bildirib.
Abdallah 1987-ci ildə ABŞ hərbi attaşesi Çarlz Robert Rey və israilli diplomat Yakov Barsimantovun qətlində iştiraka görə mühakimə olunmuşdu. Məhkəmə onun həbsdə qalmasının artıq "mütənasib olmadığını" qeyd edərək azadlığa buraxılmasına icazə verib. O, Livana qayıdaraq ömrünün qalan hissəsini kəndində keçirəcək.
Euronews
Billurə Quliyeva