Jhon Duran ilk məşqinə çıxıb

Tarix: 22:25 17.07.2025
Portuqaliyada təlim-məşq toplanışında olan "Fenerbahçe" klubunun düşərgəsinə ötən axşam qatılan kolumbiyalı hücumçu Jhon Duran fərdi şəkildə ilk məşqinə çıxıb.
"Fenerbahçe"nın yeni transferi olan Duran əvvəlcə zalda qüvvə və dözümlülük hərəkətləri yerinə yetirib. Ardınca isə meydanda topla fərdi çalışmalar apararaq məşqi tamamlayıb.
Mənbə: TRT Haber
Nigar Həsənzadə