00:00:00
Yazar
Admin User
04.11.2025 19:12 98 1 dəq oxuma
Dünya

15 dekabr “Dünya Türk Dili Ailəsi Günü” elan edilib

15 dekabr “Dünya Türk Dili Ailəsi Günü” elan edilib

Türk Dil Qurumu (TDK) bildirib ki, YUNESKO-nun 3 noyabr 2025-ci ildə keçirilən 43-cü Baş Konfransında 15 dekabr tarixi “Dünya Türk Dili Ailəsi Günü” kimi qəbul edilib.

 

Qurum vurğulayıb ki, bu qərar türk dillərinin qədim sivilizasiya irsinin ümumbəşəri dəyər kimi tanınması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addımdır.

 

TDK qeyd edib ki, 15 dekabr tarixinin seçilməsi, 1893-cü ildə danimarkalı dilçi Vilhelm Tomsenin Orxon kitabələrini deşifrə etdiyi günlə bağlıdır. Bu tarix türk dilinin tarixi gücünü simvolizə edir.

 

Bəyanatda həmçinin Səmərqənddə YUNESKO tərəfindən qəbul edilən qərarın türk dünyasının dərin kökləri ilə inteqrasiyanın göstəricisi olduğu vurğulanıb.

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər