00:00:00
Yazar
Aysel Mirzəyeva
14.03.2026 14:39 19 1 dəq oxuma
Sosial

15 martda 11-ci siniflər üçün buraxılış imtahanı keçiriləcək

15 martda 11-ci siniflər üçün buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi martın 15-də XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

 

“İnformator.az” xəbər ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.

 

Bildirilir ki, 15 mart saat 15:30-da DİM-in "Youtube" kanalı (//www.youtube.com/stateexamcenter) və "TikTok" hesabı (//www.tiktok.com/@dim.gov.az) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər  imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilinən açıq tipli test tapşırıqları ilə bağlı geniş izahat verəcək. Yayım zamanı imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları da təqdim olunacaq.

 

Şagirdlər onları maraqlandıran sualları canlı yayım zamanı şərh bölməsinə yaza bilərlər. Test tapşırıqları ilə bağlı müraciət olunarkən bölmə, fənn, variant və tapşırığın nömrəsi dəqiq göstərilməlidir.

 

 

#imtahanı #martda #gündəm #baki #keçiriləcək
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər