00:00:00
Yazar
Admin User
13.06.2025 17:18 123 1 dəq oxuma
Dünya

"ABŞ də daxil olmaqla müttəfiqlər gərginliyi azaltmalıdır"

"ABŞ də daxil olmaqla müttəfiqlər gərginliyi azaltmalıdır"

 

NATO baş katibi Mark Rutte İrana edilən hücumların İsrailin “tək tərəfli addımı” olduğunu vurğulayaraq, ABŞ də daxil olmaqla müttəfiqləri gərginliyi azaltmağa çağırıb.

 

NATO baş katibi Mark Rutte İsveçin Baş naziri Ulf Kristersson ilə keçirdiyi birgə mətbuat konfransında İsrailin İrana hücumunu dəyərləndirib.

 

“Açıq şəkildə bu, sürətlə inkişaf edən bir vəziyyətdir. Bu, İsrailin tək tərəfli addımı idi”,– deyə Rutte bildirib.

 

O, sözlərinə belə davam edib:

“ABŞ də daxil olmaqla bir çox müttəfiqin gərginliyi azaltmaq üçün çalışmasının həyati əhəmiyyət daşıdığını düşünürəm. Və onların bunu etdiyini də bilirəm”.

 

İsrail bu gün səhər saatlarında İranın paytaxtı Tehran, Təbriz və İsfahan şəhərində yerləşən Natanz nüvə obyektinə, həmçinin Luristan və Kirmanşah şəhərlərinə hücumlar təşkil edib.

 

Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Bakıri, İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-polkovnik Hüseyn Səlami də daxil olmaqla bir sıra yüksək rütbəli hərbi şəxslər və 6 nüvə üzrə alim həyatını itirib.

 

İsrailin Tehrandakı hücumları zamanı yaşayış məntəqələri də hədəfə alınıb və nəticədə çox sayda mülki şəxs həyatını itirib.

 

Trt haber

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər