00:00:00
Yazar
Admin User
07.11.2025 15:21 131 2 dəq oxuma
Dünya

ABŞ Dəməşqdə yeni hərbi baza qurmağa hazırlaşır

ABŞ Dəməşqdə yeni hərbi baza qurmağa hazırlaşır

Vəziyyətlə tanış olan altı mənbə bildirib ki, bu planlar İranın uzun müddətli müttəfiqi olan Bəşər Əsədin devrilməsindən sonra Dəməşqin ABŞ ilə əməkdaşlığa doğru strateji dəyişikliyini göstərir.

 

Bu mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki, ABŞ Yaxın Şərqdə möhkəmlənmək niyyətindədir:

 

“Buna görə də bu regionda müxtəlif strateji planların həyata keçirilməsi mümkündür. Ümumiyyətlə, Donald Tramp dövründən etibarən Vaşinqtonun xarici siyasət strategiyasında müəyyən dəyişikliklər müşahidə olunur. ABŞ artıq əvvəlki kimi yalnız “qərbdən uzaqlaşma” siyasəti deyil, əksinə, dünyanın müxtəlif strateji nöqtələrində mövcudluğunu gücləndirməyə yönəlmiş yeni xətt yürüdür. Məsələn, son vaxtlar ABŞ-nin Əfqanıstandakı Baqram hərbi bazasına qayıtmaq istəyi gündəmə gəlib. İndi isə Şamda yeni hərbi baza yaradılması planından danışılır. Bu, Vaşinqtonun regionda strateji cəhətdən güclənmək niyyətinin göstəricisidir. Eyni zamanda bu addım bir neçə məqsədə xidmət edə bilər: birincisi, İsraillə əlaqələrin təhlükəsizliyini təmin etmək; ikincisi, bölgədə Rusiya və İranın təsirini azaltmaq; üçüncüsü isə Çinin Yaxın Şərqdə artan nüfuzunun qarşısını almaq. Hazırda ABŞ-nin Suriyanın cənub və şərq hissələrində kifayət qədər hərbi bazaları mövcuddur. Yeni baza qurulması Vaşinqtonun bölgədəki nüfuzunu artırmaqla yanaşı, digər ölkələrin – xüsusən Türkiyə, Rusiya və İranın – planlarını məhdudlaşdıra bilər.Türkiyə Suriyada ən böyük hərbi mövcudluğa malik ölkələrdən biridir. ABŞ-nin burada daha da güclənməsi, dolayısı ilə, Ankaranın rolunu tarazlaşdırmağa yönələ bilər. Digər tərəfdən, Rusiya və İran da Suriyada möhkəmlənməyə çalışır. Xüsusilə Dəməşq və Moskva arasında Rusiya bazalarının saxlanılması ilə bağlı razılaşmalar imzalanıb. Beləliklə, ABŞ-nin bölgəyə qayıdışı Rusiya və İranın təsirini tamamilə sıxışdırmasa da, müəyyən balans yarada bilər. Bununla yanaşı, bu addım İsrail üçün də önəmlidir. ABŞ-nin bölgədə aktiv olması İsrailin təhlükəsizlik təhdidlərini azalda, onu əlavə hərbi əməliyyatlardan çəkindirə bilər. Bu halda İsrail yeni əraziləri işğal etmə planlarından imtina edə və regional sabitliyə daha çox maraq göstərə bilər. Bununla belə, ABŞ-nin Suriyada yenidən möhkəmlənməsi həm Rusiya, həm İran, həm də bölgədə əsas qüvvələrdən biri olan Türkiyə vasitəsilə narahatlıqla qarşılana bilər. Çünki bu, Yaxın Şərqdə qüvvələr balansını yenidən formalaşdırmaq potensialına malik addımdır”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər