00:00:00
Yazar
Zəri Bayramlı
30.06.2026 19:28 63 2 dəq oxuma
Siyasət

ABŞ-İran münasibətlərində Doha mərhələsi - ŞƏRH

ABŞ-İran münasibətlərində Doha mərhələsi - ŞƏRH

 

ABŞ və İran bir-birinə hücum etməyi dayandırmaq barədə razılığa gəliblər.

Bu barədə ABŞ-nin yüksək vəzifəli rəsmisi "Axios" portalına bildirib. Qeyd olunub ki, tərəflər çərşənbə axşamı Qətərin paytaxtı Doha şəhərində Hörmüz boğazı ilə bağlı mübahisəni həll etmək üçün görüşməyi planlaşdırırlar.

 

 

Mövzu ilə bağlı politoq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında qeyd edib ki, Hörmüz boğazı ətrafında əldə oluna biləcək mümkün razılaşma mövcud gərginliyi müəyyən qədər azalda bilsə də, regionda uzunmüddətli sabitliyin bərqərar olması üçün təkbaşına kifayət etməyəcək:

 

 

“Hörmüz boğazı ətrafında mümkün razılaşma gərginliyi azalda bilər, amma uzunmüddətli sabitlik üçün təkbaşına kifayət etməz. Çünki problem yalnız gəmiçilik təhlükəsizliyi deyil: ABŞ-İran qarşıdurması, İranın nüvə proqramı, İsrail faktoru və Körfəz ölkələrinin təhlükəsizlik narahatlıqları da prosesə təsir edir. Razılaşma kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etsə, bu, neft bazarına və regional ticarətə müsbət siqnal verər. Amma tərəflər arasında etimad mexanizmi, nəzarət sistemi və pozuntu halında diplomatik reaksiya mexanizmi olmasa, bu razılaşma müvəqqəti atəşkəs səviyyəsində qala bilər”.

 

Siyasi şərhçi regiondakı vasitəçi ölkələrin, xüsusən Qətər və Oman kimi aktorların rolunun getdikcə daha böyük önəm kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Doha platforması Yaxın Şərqdə yeni bir diplomatik modelin formalaşdığını göstərir:

 

“Doha platforması göstərir ki, regionda artıq yalnız böyük güclərin diktə etdiyi diplomatiya yox, kiçik və orta güclərin “sakit vasitəçilik” modeli də işlək mexanizmə çevrilə bilər. Bu model gələcəkdə Yaxın Şərqdə böhranların idarə olunması üçün yeni diplomatik xətt yarada bilər. Lakin vasitəçilərin uğuru tərəflərin real siyasi iradəsindən asılıdır. Əgər ABŞ və İran razılaşmanı taktiki nəfəs dərmə kimi yox, daha geniş təhlükəsizlik paketinin başlanğıcı kimi görsələr, Doha prosesi regional diplomatiyada yeni mərhələnin əsasını qoya bilər”.

 

Zəri Bayramlı

#mərhələsi #doha #azərbaycan #münasibətlərində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər