00:00:00
Yazar
Ayan Sadi
04.11.2026 21:40 23 2 dəq oxuma
Dünya

ABŞ İrana zərbə endirdi - neftin qiyməti artdı

ABŞ İrana zərbə endirdi - neftin qiyməti artdı

ABŞ-nin İranın Qeşm adasına endirdiyi zərbələr Yaxın Şərqdə təhlükəsizlik risklərini artırmaqla yanaşı, qlobal enerji bazarında neft və qaz qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.

 

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,ABŞ-nin İranın Qeşm adasına endirdiyi hərbi zərbələr Yaxın Şərqdə onsuz da həssas olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir:

 

“Bu hadisənin iqtisadi nəticələri isə ilk növbədə qlobal enerji bazarlarında özünü göstərir. Neftin qiymətində müşahidə olunan dəyişikliklər təkcə hərbi əməliyyatlarla deyil, həm də qarşıdurmanın genişlənməsi və enerji təchizatının pozulması ehtimalı ilə bağlıdır. Xüsusilə dünya enerji daşımalarında strateji əhəmiyyətə malik Hörmüz boğazında təhlükəsizlik risklərinin artması beynəlxalq bazarlarda qeyri-müəyyənliyi gücləndirir. Əgər hərbi qarşıdurma genişlənərsə, neft və qaz qiymətlərinin yenidən yüksəlməsi, daşınma və sığorta xərclərinin artması, nəticədə isə qlobal inflyasiyanın sürətlənməsi mümkündür. Bu proses enerji idxalından asılı olan ölkələrin iqtisadiyyatına daha ciddi təsir göstərə bilər”.

 

 

 

Politoloq qeyd edib ki,Məsələnin siyasi tərəfinə gəldikdə isə, ABŞ-nin hərbi zərbələri Tehranla Vaşinqton arasında diplomatik razılaşma perspektivlərini çətinləşdirə və region ölkələrini yeni təhlükəsizlik riskləri ilə üz-üzə qoya bilər. 

 

 

Xüsusilə Körfəz dövlətləri üçün münaqişənin genişlənməsi enerji infrastrukturu, ticarət marşrutları və investisiya mühiti baxımından əlavə təhlükələr yaradır. Digər tərəfdən, enerji qiymətlərinin yüksək qalması Azərbaycan kimi neft ixracatçılarının gəlirlərinə qısamüddətli müsbət təsir göstərə bilsə də, qlobal iqtisadi qeyri-sabitlik uzunmüddətli perspektivdə heç bir ölkənin maraqlarına uyğun deyil. Hesab edirəm ki, hazırkı mərhələdə əsas məsələ hərbi qarşıdurmanın daha geniş regional müharibəyə çevrilməsinin qarşısını almaq və diplomatik mexanizmləri aktiv saxlamaqdır. Çünki Yaxın Şərqdə davamlı qeyri-sabitlik artıq regional deyil, qlobal iqtisadi və siyasi təhlükəsizlik problemidir.

 

Nurgün Qənizadə

#zərbə #baki #yeni #gündəm #endirdi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər