00:00:00
Yazar
Ayan Sadi
04.11.2026 21:35 26 3 dəq oxuma
Dünya

İranın xarici işlər naziri: Səudiyyə Ərəbistanı ilə dialoqu davam etdiririk

İranın xarici işlər naziri: Səudiyyə Ərəbistanı ilə dialoqu davam etdiririk

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

 

Nazirin sözlərinə görə, tərəflər hər hansı xarici hərbi qüvvənin iştirakı olmadan yeni regional təhlükəsizlik mexanizmlərinin yaradılması məqsədilə müzakirələri davam etdirirlər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Səubiyyə Ərəbistanı hesab edir ki, İsmal dininin müqəddəs məkanları onun ərazisindədir və ona görə də liderlik ona məxsusdur.

 

“Heç növbədə qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı və İran rəqib dövlətlərdir və onların rəqabətinin kökündə dayanan əsas məsələ müsəlman dünyasında liderlik uğrunda mübarizədir.

Belə ki, Səudiyyə Ərəbistanı hesab edir ki, İslam dininin müqəddəs məkanları onun ərazisindədir və ona görə də liderlik ona məxsusdur. İran isə şiə təriqətini siyasi alətə çevirməklə müsəlman dünyasında öncül liderlik rolunu oynamağa çalışır. Və nəzərə alsaq ki, İran radikal şiəliyi təmsil edir, Səudiyyə Ərəbistanı isə radikal sünni təriqətinin təmsilçisidir, bu baxımdan onlar arasındakı ideoloji, həm də geosiyasi rəqabət mövcuddur.

Və 2017-ci ildə Səudiyyə Ərəbistanının İrandakı böyük elçiliyinə hücumdan sonra tərəflər arasında münasibətlər gərginləşdi və diplomatik münasibətlər kəsildi”.

 

Həmçinin politoloq vurğulayıb ki, yaxın şərq bölgəsində Amerika-İsrail-İran savaşından Səudiyyə Ərəbistan kifayət qədər zərər görüb.

 

“Sadəcə olaraq üç il öncə Çinin vasitəçiliyi ilə tərəflər münasibətlərin normallaşması istiqamətində addımlar atdılar və səfirlər geri qayıtdı və diplomatik münasibətlər quruldu.  

Hazırda isə yaxın şərq bölgəsində Amerika-İsrail-İran savaşından dolayı Körfəz ölkələri kifayət qədər zərər görüblər. Bu ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır və son aylarda Səudiyyə Ərəbistanına Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən ciddi hədəfə çeviriblər. Və bu da Səudiyyə Ərəbistanının həm iqtisadiyyatına və təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradıb. Nəzərə alsaq ki, husilər həm Bab əl-Məndəb boğazına nəzarət etməklə bərabər, həm də Səudiyyə Ərəbistanının enerji sektorunu, neft emalı zavodlarını və neft kəmərlərini hədəf alıblar, o cümlədən hava limanları və strateji obyektləri, bu baxımdan Səudiyyə Ərəbistanı İran arasında dialoqun aparılması anlaşılandır. Çünki bir daha qeyd edirəm, husilərin arxasında İran dayanıb və bu baxımdan İranın onlara təsir etmək imkanları mümkündür”.

 

Bunlarla yanaşı Oqtay Qasimov qeyd edib ki, hazırki şəraitdə hesab eləmirəm ki tərəflər arasında qarşılıqlı şəkildə tam etimad mühiti yaranıb.

 

“Yəni hazırda dialoqun hesab edilən əsas istiqaməti bundan ibarətdir və gələcəkdə müddətə yaxın şərqdə təhlükəsizlik məsələlərindən yana çıxması və bölgədə sabitliyin bərqərar olunması müzakirə mövzularından biridir, həmçinin. Gələcəkdə bunların bu iki ölkə arasında hökumət və dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsidir. Bu əlbətt ki, bu ehtimal var, amma yaxın perspektiv üçün reallı görünür, çünki bu səfərlərin həyata keçirilməsi üçün ilkin olaraq tərəflər arasında bir çox prinsipial məsələlərlə bağlı razılaşmalar əldə olunmalıdır ki, qarşılıqlı etimad mühiti yaransın və bundan sonra da qeyd edildiyindən yüksək səviyyəli səfərlər həyata keçirilsin.

Hələ bir çox məsələlər açıq qalır və o məsələlər həllini tapmayana qədər və qarşılıqlı surətdə etimad mühiti formalaşmayana qədər əlbətt ki, bu problemlər qalacaq. Hazırda tərəflərin bir-birinə münasibəti şübhəli və etimadsızlıq səviyyəsində olan bir münasibətdir. Bunu aradan qaldırılması üçün tərəflərin konstruktiv və səmimi dialoq aparmaları və aradakı problemlərin həllinə konstruktiv yanaşmaqla onun o problemlərin həllinə nail olmaqdan keçir qarşılıqlı etimad mühitinin yaranması”.

 

Ayşə Cəfərova

#davam #dialoqu #naziri: #ərəbistanı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər