00:00:00
Yazar
Admin User
12.06.2025 15:12 102 1 dəq oxuma
Dünya

ABŞ İraq səyahətçilərinə xəbərdarlıq edib

ABŞ İraq səyahətçilərinə xəbərdarlıq edib

 

ABŞ Yaxın Şərqdəki bəzi personalına ölkəni tərk etmək əmri verildikdən sonra vətəndaşlarına “hər hansı səbəbdən” İraqa getməmək barədə xəbərdarlıq edib.

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, vacib olmayan dövlət işçilərinə ölkələrini tərk etmələri barədə göstəriş verildiyi xatırladılıb.

 

Bəyanatda İraqa səyahət tövsiyəsi "səyahət etməyin" mənasını verən 4-cü səviyyəyə qaldırılıb və qırmızı xəbərdarlıq edilib.

 

Bəyanatda qərarın səbəbi kimi "terror, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və ABŞ hökumətinin İraqdakı vətəndaşlarına lazımi təcili yardım xidmətləri göstərmək imkanlarının məhdudluğu" göstərilib və "Hər hansı səbəbdən İraqa səfər etməyin" xəbərdarlığı yer alıb.

 

Bəyanatda ABŞ hökumətinin İraqdakı personalının ciddi təhlükəsizlik şəraitində yaşayıb işləməsinin gözlənildiyi vurğulanaraq, "İraqda terror zorakılığı, terror hücumları və digər fəaliyyətlər riski var”.

ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi tərəfindən edilən açıqlamalarda, Yaxın Şərqdəki qeyri-vacib Amerika personalının xidmət etdikləri ölkələri tərk etmələrinə icazə verildiyi bildirilib.

 

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki bəzi ABŞ personalının ölkəni tərk etməsinə qərar verdiklərini, çünki "bölgənin təhlükəli bir yerə çevrilə biləcəyini" söyləyib.

 

TRT XƏBƏR

Fatimə Şahverdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər