ABŞ-ni təmsil edən diplomat İran XİN-ə çağırılıb
İsveçrənin Tehrandakı səfiri və İranda ABŞ-nin maraqlarını təmsil edən Nadin Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb.
"İnformator.az" xəbər verir ki, səfirə ABŞ rəsmilərinin İsrailin İrana hücumları ilə bağlı bəyanatlarına etiraz bildirilib.
Bildirilib ki, ABŞ hökuməti İsrailin avantürizminin nəticələrinə görə məsuliyyət daşıyır.