ABŞ-nin San Dieqo şəhərində təyyarə dənizə düşüb
ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində 6 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb. Səlahiyyətlilər təyyarənin 1970-ci il istehsalı olan Cessna 414 olduğunu və qəzanın yerli vaxtla saat 12:45-də Point Loma sahillərində baş verdiyini açıqlayıb.
ABŞ Çimərlik Təhlükəsizlik zabiti Rayan Qreyves dağıntı sahəsinin 61 metr dərinlikdə olduğunu bildirib. Axtarış-xilasetmə işləri davam edir.
ABŞ mediası yazır ki, təyyarədə pilot, həyat yoldaşı, ata və üç oğlu olub. Havaya qalxdıqdan sonra təyyarə istiqamət və hündürlük saxlamaqda çətinlik çəkib, 13 saniyə ərzində 1900 fut hündürlük itirib. San Dieqo Beynəlxalq Hava Limanından havaya qalxan təyyarə Arizona ştatının Feniks şəhərinə gedirmiş.
TRT haber
Mahmudlu Ləman