ABŞ Prezidenti Tramp
ABŞ Prezidenti Donald Tramp Çinlə razılaşdıqlarını, ABŞ-nin ümumilikdə 55%, Çinin isə 10% gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Donald Tramp, Truth Social hesabında ABŞ ilə Çin arasında aparılan ticarət danışıqları ilə bağlı paylaşım edib.
Tramp Çinlə razılığa gəldiklərini bildirərək, razılaşmanın həm onun, həm də Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən son təsdiqə ehtiyacı olduğunu qeyd edib.
Tramp, Çin tərəfindən bütün zəruri nadir torpaq elementlərinin təmin ediləcəyini bildirib. O, əlavə edib: “Eyni şəkildə, kollec və universitetlərimizdən istifadə edən Çinli tələbələr də daxil olmaqla, razılaşdığımız məsələləri biz də Çinə təqdim edəcəyik (bu, mənim üçün həmişə yaxşı olub!). Ümumi olaraq 55% tarif tətbiq edirik, Çin isə 10% tətbiq edir. Münasibətlər əladır! Bu məsələyə göstərdiyiniz marağa görə təşəkkür edirik!”
Mənbə: TRT HABER
Solmaz Muradova