ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirəcək
ABŞ hökuməti nüvə başlığı daşıya bilən "Minuteman 3" qitələrarası ballistik raketini (ICBM) sınaqdan keçirəcək.
"İnformator.az" xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın nüvə silahı sistemlərinin yenidən yoxlanılması barədə verdiyi göstərişdən sonra keçiriləcək ilk sınaq olacaq.
Raket Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələr Bazasından buraxılacaq və Marşall adalarında yerləşən Ronald Reyqan adına raket müdafiə poliqonuna istiqamətlənəcək.