ABŞ və Hindistan arasında intensiv ticarət danışıqları davam edir
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Prezident Donald Tramp və Hindistanın Baş naziri Narendra Modi arasında sıx əlaqələr mövcuddur və onlar tez-tez ünsiyyətdə olurlar. Trampın administrasiyası Hindistanla ticarət sahəsində ciddi danışıqlar aparır. Livitt həmçinin qeyd edib ki, ABŞ-nin yeni səfiri Sercio Qor bu istiqamətdə mühüm rol oynayacaq.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,ABŞ-Hindistan ticarət münasibətləri müsbət dinamika ilə inkişaf edəcək:
"Yəni ABŞ prezidenti Donald Tramp ümumiyyətlə belə bir məsələlərə bir ticarətçi gözü ilə yanaşır. Və o ümumiyyətlə siyasətə bizneslə gəlib deyə bu cür ticari məsələləri yaxşı bacarır deyə düşünürəm ki, ABŞ həm də Asiya regionunda öz nüfuzunu gücləndirməkdən ötrü Hindistan ilə əlaqələrini inkişaf elədəcək. Və burda başqa bir məsələ də odur ki, ABŞ Hindistan ilə ticarət əlaqələrini inkişaf etdirməklə Hindistanı Rusiyadan ayırmağa çalışa bilər. Yəni Hindistan-Rusiya münasibətlərinə zərbə vurmaq istəyə bilər.
Təbii ki, yeni səfirin qarşısında duran əsas məqsəd bu dövlətlərarası münasibətlərin daha da inkişafı istiqamətində yeni mərhələnin bir çox halda başlanğıcı kimi qiymətləndirilir. Bu indiki hal üçün də istisna deyil. Düşünürəm ki, səfirin əsas vəzifəsi ABŞ-Hindistan münasibətlərində bütün sahələrdə, o cümlədən iqtisadi və siyasi istiqamətlərdə yeni mərhələnin başlanması olacaq".
Aişə Mustafayeva