ABŞ Venesuelaya qarşı hərbi əməliyyat planlarını nəzərdən keçirir
“The New York Times”ın məlumatına görə, Donald Tramp administrasiyası Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün bir neçə ssenarini dəyərləndirir. Planlara hava zərbələri, elit hərbi bölmələrin göndərilməsi və strateji obyektlərin ələ keçirilməsi daxildir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki,təbii ki, ABŞ-nin Venesuelaya qarşı birbaşa hərbi müdaxiləsi həm Latın Amerikasında, həm də bütün dünyada ciddi geosiyasi gərginliyə səbəb olar:
"Amma Tramp bunu nəzərə alır. Ona gərə də müdaxilə etməkdə tərəddüd edir. Əslində Tramp Venesuela üzərindən cografi baxımından özünə yaxın ölkələrə müsaj verir. ABŞ Prezidenti bununla göstərmək istəyir ki, onun başı dünyanın müxtəlif regionlarındakı problemlərə qarşısa da özünə yaxın olan dövlətləri yaddan çıxarmayıb. Çünki belə bir hissə qapımaq Latın Amerikasında Vaşinqtonun siyasətinə zidd meyllərin güclənməsinə səbəb ola bilər. Rusiya və Çin kimi ölkələr isə bu vəziyyətdən bəhrələnər.
Ona görə də Tramp Venesuela planını daxildən həll etməyə çalışır. Və əməliyyatı məhdud hava zərbələri ilə yekunlaşdırmaq istəyir. Çünki birbaşa müdaxilə beynəlxalq hüquq baxımından problemlər yarada bilər. Düzdü indi beynəlxalq hüququn işləmədiyini nəzərə alsaq bu Trampı ciddi narahat etmir. Onun əsas narahatlığı həm qlobal miqyasda, həm də ölkə daxilində narazılıqla qarşılanmaqdır".
Aişə Mustafayeva