AEBA: İran müfəttişlərimizi bütün nüvə obyektlərinə buraxmalıdır
Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlığını genişləndirməli və agentliyin müfəttişlərini bütün nüvə obyektlərinə buraxmalıdır.
"İnformator.az" ın "İnterfaks"a istinadən məlumatına görə, bunu AEBA-nın baş direktoru Rafael Qrossi bəyan edib.
"Biz əməkdaşlığı yenidən qurmağa çalışırıq və İranda yoxlamalar keçiririk. Biz tədricən buna doğru gedirik, lakin hücumlara məruz qalan obyektlərdə təftiş keçirmirik", - o deyib. Qrossinin sözlərinə görə, İranla İsrail arasında hərbi əməliyyatların başa çatdığı andan AEBA yoxlamalar keçirib, lakin ən vacib nüvə obyektlərinə - Fordo, Natanz və İsfahandakı obyektlərə hələ də giriş əldə edə bilməyib.