Aİ Ukraynaya 1,8 milyard avro ayırır
Avropa İttifaqı Şurası (Aİ) "Ukraine Facility" proqramı çərçivəsində Kiyevə 1,8 milyard avrodan çox məbləğdə beşinci maliyyə tranşının ayrılmasını təsdiqləyib.
"İnformator.az" ın Avropa bürosunun Aİ-yə istinadən verdiyi məlumata görə, Ukrayna ödənişin alınması üçün zəruri şərtləri yerinə yetirib.
Qeyd olunub ki, maliyyələşdirmə ilk növbədə Ukraynanın makromaliyyə sabitliyinin gücləndirilməsinə və dövlət idarəçiliyinin fasiləsiz işinin dəstəklənməsinə yönəldiləcək.