00:00:00
Yazar
Elmira Ağayeva
30.06.2026 21:03 26 1 dəq oxuma
Siyasət

Ali Məhkəmə Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdırmaq təklifini rədd edib

Ali Məhkəmə Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdırmaq təklifini rədd edib

 

ABŞ Ali Məhkəməsi çərşənbə axşamı günü Prezident Donald Trampa ağır zərbə vuraraq, onun ölkədə doğumla qazanılan vətəndaşlıq hüququnu məhdudlaşdırmaq barədə iddialı cəhdini rədd edib.


 Amerika cəmiyyətinin ayrılmaz bir parçasına çevrilmiş bu hüququn qorunub saxlanması, Trampın immiqrasiyaya qarşı mübarizədə ən mühüm prioritetlərindən birini alt-üst edib.​ Məhkəmənin 6-3 səs çoxluğu ilə qəbul etdiyi bu qərar, Ali Məhkəmənin bu il ərzində Trampın irəli sürdüyü böyük bir təşəbbüsü ləğv etdiyi ikinci hadisə olub. Bundan əvvəl, fevral ayında məhkəmə onun genişmiqyaslı qlobal gömrük tarifləri tətbiq etmək qərarını da ləğv edib.

 

Reuters
Samirə Allahverdizadə

#ABŞ #Tramp
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər