00:00:00
Yazar
Admin User
18.08.2025 09:12 96 1 dəq oxuma
Dünya

Ali Radanın sədri: Ukrayna üçün NATO-ya üzvlük daxili çağırış məsələsidir

Ali Radanın sədri: Ukrayna üçün NATO-ya üzvlük daxili çağırış məsələsidir

Ukrayna üçün NATO-a üzvlük, Alyansa uyğunluq daxili çağırış məsələsidir.

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bu gün Kiyevdə hökumətin yeni fəaliyyət istiqamətlərinin təqdimatında deyib.

 

Onun sözlərinə görə, bu yolda irəliləməyə davam edəcəklər. "Qanunvericilik aktları vasitəsilə bu barədə çoxdan qərar vermişik. Ukrayna parlamenti NATO yolunda strategiyanı həyata keçirməyə davam edəcək. Bu, geriyə dönməz bir prosesdir", - Ali Radanın sədri əlavə edib. Spiker əlavə edib ki, Ukraynanın inkişafının birinci və əsas vektoru Avropaya inteqrasiya olaraq qalır: "Bu, sadəcə olaraq Aİ bayrağı olan qanunların siyahısı deyil. Bunlar bizim etməli olduğumuz məzmunlar, mənalar və islahatlardır. Bu, bizim həyat yolumuzdur".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər