00:00:00
Yazar
Admin User
13.06.2025 15:56 91 1 dəq oxuma
Dünya

Almaniya soyqırım İsraili dəstəklədiyini bir daha bəyan edir

Almaniya soyqırım İsraili dəstəklədiyini bir daha bəyan edir

 

Almaniya kansleri Fridrix Merz, soyqırım törədən İsrailin İrana genişmiqyaslı hava hücumlarından sonra İsrailin öz varlığını müdafiə etmək hüququna malik olduğunu bildirib və Almaniyadakı yəhudi qurumlarının müdafiəsinin artırılacağını açıqlayıb.

 

Berlin kanslerliyindən verilən açıqlamaya görə, Merz cümə günü səhər saatlarında İsrailin soyqırım baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və daha sonra Almaniyanın təhlükəsizlik kabinetini toplayıb.

 

Baş nazir Merz İsrailin “öz varlığını və vətəndaşlarının təhlükəsizliyini müdafiə etmək hüququnu” dəstəklədiklərini bir daha bəyan edib.

 

Merz hər iki tərəfi “daha ​​da gərginləşmədən və bütün regionda sabitliyi pozacaq addımlardan çəkinməyə” çağırıb.

 

TRT XƏBƏR

Fatimə Şahverdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər